• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

CƏMİYYƏT

12 Iyun 2024 | 13:59

Bakı metrosunun iş rejimi dəyişdiriləcək

15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, “Qırmızı xətt”in “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək. “Yaşıl” və “Qırmızı xət”lərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı, stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.

Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.

Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026