"Barselona" Lionel Messi ilə yeni müqavilə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Mənbənin xəbərinə görə, Kataloniya klubu 34 yaşlı hücumçu ilə 5 illik sözləşmə imzalayıb. Müqaviləyə əsasən, argentinalı oyunçunun maaşı əvvəlkinə nisbətən 50 faiz azaldılacaq.
Klubun yaxın zamanda sözləşmə bağlandığını rəsmi şəkildə açıqlayacağı bildirilib. Məlumatda o da qeyd edilib ki, tərəflər danışıqları bir neçə saat əvvəl başa vurublar.
Əlavə edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatıb.
"Barselona" Messi ilə müqavilə imzaladı
İDMAN
02 Avqust 2021 | 20:58 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
17:24
14:29
13:25
13:20















