• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş nazir qərar İMZALADI

SİYASƏT

11 Aprel 2025 | 16:12

Baş nazir qərar İMZALADI

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

8537 10 910 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri

8537 10 980 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri

     

    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026