• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş nazir qırıcı təyyarə ilə səmaya qalxdı

DÜNYA

25 Noyabr 2023 | 16:46

Baş nazir qırıcı təyyarə ilə səmaya qalxdı

Hindistanın Baş naziri Narendra Modi yerli istehsal olan “Tejas” yüngül qırıcı təyyarəsində uçuş həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin rəhbəri özünün sosial media hesabında yazıb.

Uçuş ölkənin cənubundakı Karnataka ştatının Banqalor şəhərində baş tutub. “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, Narendra Modi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.

Hindistanın “Aeronautics Limited” kompaniyası tərəfindən istehsal olunan “Tejas” qırıcı təyyarəsi üzərində çalışmalar 1980-ci illərdən bəri davam edir. Təyyarə 2015-ci ildə Hindistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. Hazırda onun “Tejas Mk2” modifikasiyası üzərində işlər gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026