• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Şaxta baba"  narkotik satan dəstəni ifşa etdi - VİDEO

DÜNYA

25 Dekabr 2023 | 13:28

"Şaxta baba" narkotik satan dəstəni ifşa etdi - VİDEO

Peruda narkotik ticarəti ilə məşğul olan dəstəyə qarşı əməliyyatın görüntüləri xüsusilə sosial mediada böyük səs-küyə səbəb olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, diqqəti cəlb etməmək üçün "Şaxta baba" kimi geyinən polis bayram əhval-ruhiyyəsindən istifadə edərək Limanın şimalında narkotik qaçaqmalçılığı ilə məşğul olan təhlükəli dəstəni təkbaşına yaxalayıb.

Əməliyyat anının görüntüləri böyük əks-səda doğursa da, videoda balyozla silahlanmış polisin qapını sındıraraq içəri daxil olması və komanda yoldaşlarının köməkliyi ilə xeyli sayda dəstə üzvünü saxlaması anları əks olunub. Əməliyyat zamanı dəstə üzvlərinin evdə gizlətdikləri külli miqdarda narkotik vasitə də götürülüb./Unikal

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026