Yaponiyanın Ayda batareyası tükənib
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Aya enə bilən 5 ölkədən biri olmağı bacaran Yaponiyanın sevinci yarımçıq qalıb. Günəş enerjisi ilə işləyən “Slim” pilotsuz kosmik gəmisinin akkumulyatoru bitib. Amma onun yenidən işləyəcəyinə ümid var.
Slim adlı kosmik gəminin batareyası enişdən, təxminən, üç saat sonra 12%-ə düşüb. Sönmək üzrə olan kosmik gəmi yuxu rejiminə salınıb.
Bəs problemin mənbəyi nədir?
Günəş enerjisi ilə işləyən avtomobil yanlış istiqamətə baxırmış. Ona görə də öz-özünə şarj edə bilməyib. Mütəxəssislərin hesablamalarına görə, Slim soyuqdan donmasa, iki həftə ərzində günəş işığına məruz qala və yuxu rejimindən oyandıra bilər.
Ay Tac










jpg-1708664646.webp)





