• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tramp qalib gəldi

DÜNYA

24 Yanvar 2024 | 11:31

Tramp qalib gəldi

ABŞ-da Nyu-Hempşirdə Respublikaçı namizədlər arasında keçirilən prezident seçkilərində seçki qutularının 84%-i açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Associated Press (AP) xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, eks-prezidetn Donald Tramp Ayova ştatında keçirilən praymerizlərdən sonra ikinci dəfə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylidən daha çox səs toplaya bilib.

İlkin nəticələrə görə, Tramp bu ştatda ən azı 54,6% səs toplayaraq yarışın qalibi elan edilib. Heyli isə ən güclü dəstəyə malik olduğu ştatda 43,5% səs toplaylıb.

Nyu-Hempşir ştatının ilkin seçki nəticələrinə görə, prezidentlik yarışında Respublikaçılar Partiyası tərəfindən namizəd olma şansını gücləndirən Trampın tərəfdarları Heylinin yarışı tərk etməsi üçün təzyiqləri artırıb, qadın siyasətçi isə kampaniyasını davam etdirəcəyini bəyan edib.

"Bu yarış hələ bitməyib. Qalan onlarla ştat var", - Heyli deyib.

Xatırladaq ki, iyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm demokratlar, həm də respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər. Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də öz yerini tutacaq.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026