• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Baş prokuror həbs edilən erməni separaçılardan danışdı

CƏMİYYƏT

01 Oktyabr 2024 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Baş prokuror həbs edilən erməni separaçılardan danışdı

"Həbs edilən erməni separatçıları ilə bağlı cinayət işi istintaqı başa çatıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda jurnalistlərıə deyib.

Onun  sözlərinə görə, artıq cinayət işinin materialları ilə tanış olma mərhələsidir. Baş prokuror qeyd edib ki, anaq bu mərhələ kifayət qədər uzun vaxt tələb edir:

"Çünki zərərçəkmişlər həddən artıq çoxdur və eyni zamanda təqsirləndirilən şəxslərin hüquqları beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Onların hər birinin bir neçə vəkili var, onların hüququ var ki, materiallarla tanış olsunlar, çünki ittihamlar kifayət qədər ciddi ittihamlardır, separatçılıqla bağlı ittihamlardır, bizim tarixi-mədəni abidələrin məhvi ilə bağlı ittihamlardır".

Kamran Əliyev bildirib ki, bütün bu proseslər başa çatdıqdan sora iş məhkəməyə göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR