• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bayden havaya görə “G7” sammitini vaxtından əvvəl tərk etdi

DÜNYA

28 Iyun 2022 | 16:06

Bayden havaya görə “G7” sammitini vaxtından əvvəl tərk etdi

ABŞ Prezidenti Co Bayden Almaniyanın cənubunda Elmau qalasında keçirilən “G7” sammitini vaxtından əvvəl tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb. 

Buna səbəb isə hava şəraitinin pis olması olub. Belə ki, Bayden sammitin yekun iclasında çıxış etməli, buradan helikopterlə Münhenə yollanmalı, Münhendən təyyarə ilə NATO sammitinin keçiriləcəyi Madrid şəhərinə getməli idi. Lakin duman səbəbindən Bayden Münhenədək yolun bir hissəsini avtomobil ilə getməyə qərar verib. 

Buna baxmayaraq, ABŞ Prezidenti getməzdən əvvəl Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşə bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026