ABŞ Prezidenti Co Bayden keçmiş həmkarı Barak Obamanı 60 illiyi münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Bayden təbrikini Tvitter vasitəsilə çatdırıb.
“Doğum günün mübarək Barak Obama. Mən fəxrlə sizi qardaşım və dostum adlandıra bilərəm. Mən sizin ölkəyə fədakar xidmətinizin şahidiyəm”, - Bayden bildirib.
Qeyd edək ki, Barak obama administrasiyası dövründə Bayden vitse-prezident vəzifəsini tutub.
















