ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna etməyib.
Bakıvaxtı.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, ABŞ prezidenti bunun rusiyalı həmkarı ilə müzakirə edəcəyi məsələlərdən asılı olduğunu bildirib.
“Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır" ,- deyə Bayden jurnalistlərə bildirb.
O bu yaxınlarda Putinin hakimiyyətdə qalmamalı olduğu fikri ilə bağlı izah verib (apa). Bayden deyib ki, bu, ABŞ-ın Rusiya rəhbərliyinə qarşı rəsmi siyasətini dəyişməkdən yox, Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərindən hiddətindən irəli gəlir.
















