• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq

GÜNDƏM

14 Iyun 2024 | 13:22

BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

BDU-dan Bakıvaxtı.az-a verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR