Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KİV-də İsrail xüsusi xidmət orqanlarının HAMAS üzvlərinə qarşı Türkiyədə əməliyyat keçirmələrinə dair məlumatlara münasibət bildirərib.
Bakıvaxtı.az-ın məlumatına görə, Ərdoğan deyib ki, Türkiyədə addım atmağa cürət edərlərsə, bunun bədəlini çox, amma çox ağır ödəyərlər.
"Bizi tanımırlar. Türkiyənin kəşfiyyat sahəsində qət etdiyi məsafəni dünyada bilməyən yoxdur. Biz dünən qurulmuş bir dövlət deyilik”, - deyə Türkiyə prezidenti vurğulayıb.
















