• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Belarus bütün diplomatlarını Suriyadan çıxardı

DÜNYA

15 Dekabr 2024 | 23:20 | Müəllif: Subhan Mahmudov

Belarus bütün diplomatlarını Suriyadan çıxardı

Belarus bütün diplomatlarını Suriyadan təxliyə edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bütün Belarus diplomatları Suriyanı tərk edib.

“Mövcud vəziyyəti nəzərə alaraq Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə aparılıb. Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət paytaxtda olacaq, ondan sonra vəziyyətin dərindən qiymətləndirilməsi planlaşdırılır”, - XİN-dən bildiriblər.

Belarus Xarici İşlər Nazirliyi Belarus diplomatlarının “vətənlərinə təhlükəsiz gəlişini təmin edən bütün rusiyalı həmkarlarına” minnətdarlığını bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026