• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Lukaşenko: Azərbaycandan idxalı artırmağı planlaşdırırıq

SİYASƏT

11 Iyun 2024 | 13:07

Lukaşenko: Azərbaycandan idxalı artırmağı planlaşdırırıq

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bunu o, Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Bununla bağlı heç bir maneə yoxdur. Ticarət dövriyyəmiz ilə bağlı göstəricilər yaxşıdır. Amma bu, balanslı deyil. Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik”, - A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarusun ortaq dəyərləri var.

Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.


SON XƏBƏRLƏR

26 Dekabr 2024