"Bu nə deməkdir? Məktəbdə necə baş verib? O məktəbin direktoru, sinif rəhbəri, o döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib?
Bakıvaxtı.az xəbər verir ki, bunu teleaparıcı Xoşqədəm Hidayətqızı Bakının 112 nömrəli orta məktəbdə məktəblilərdən birinin digərini döyməsinə münasibət bildirərkən deyib.
"Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir, belə məktəblərə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək bilmirik" məktəblərdə kameraların olmamasına etiraz edib. "Hanı kameralarınız? Pul yoxdur? Bəlkə kameranı quraşdırmaq üçün valideynlərdən pul yığasınız?"

Xoşqədəm Hidayətqızı: "Günahkar tək məktəb deyil"
X.Hidayətqızı deyib ki, bütün sinif otaqlarında kameralar olmalıdır, valideynlər izləməlidir: "Varmı bizim məktəblərdə? Uşaqlarım Türkiyədə yaş yarımlığından baxçaya getdi və Bakıdan belə hər saniyə izləmə şansım var idi. Zibil pulu, süpürgə pulu, nə bilim, daha nə pulu yığan məktəblər, bəlkə kamera pulu da yığasınız".
Teleaparıcı bildirib ki, günahkar tək məktəb deyil, o döyənin, çəkənin valideynləri də günahkardır.
"Sevgidən yoxsul, mərhəmətdən uzaq böyüdülən uşaq bu cür olur! Çəkən də, döyən də məktəbdən xaric edilməlidir! Yazıqlar olsun!", - deyə Xoşqədəm Hidayətqızı vurğulayıb.
Nuranə Daxilqızı













jpg-1667464462.webp)


