• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bələdiyyə sədri barəsində cinayət işi AÇILDI

CƏMİYYƏT

18 Iyul 2023 | 10:06

Bələdiyyə sədri barəsində cinayət işi AÇILDI

Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan  vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026