• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır

DÜNYA

18 May 2023 | 13:39 | Müəllif: Qalib İbrahimoğlu

Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Şimali Atlantika Alyansının (NATO) yeni Baş katibi olmaqdan məmnun olacağını deyib.

    Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə o, Almaniyanın DPA agentliyinə öz fikrini bildirib.

    "Mən həmişə demişəm ki, bu, yaxşı işdir. Bu, mənim sevəcəyim bir işdir. NATO-nun Baş Katibi olmaq fantastik iş olardı və alyans bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Gecələr rahat yatmağımızı təmin etmək üçün əlimdən gələni etməkdən məmnun olaram", - deyə nazir vurğulayıb.

    Eyni zamanda, Ben Uolles indiki mövqeyinin də onu qane etdiyini açıq şəkildə ifadə edib.

    Qeyd edək ki, mayın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tərk etmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin alyans ölkələrinin ona əla varis tapa biləcəyinə əminliyini ifadə edib. Y. Stoltenberq 2014-cü ilin sonundan NATO-nun Baş katibdir./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026