• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bərdədə ağır qəza: Ölən və yaralananlar var

HADİSƏ

10 Yanvar 2022 | 19:00 | Müəllif: Subhan Mahmudov

Bərdədə ağır qəza: Ölən və yaralananlar var

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Belə ki, 1960-cı il təvəllüdlü Əsədov Əliağa Kazım oğlu aldığı ağır xəsarətlər nəticəsində yerindəcə həyatını itirib. 2006-cı il təvəllüdlü Əhmədli Nihat Taleh oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nazir Araz oğlu,1965-ci il təvəllüdlü Əkbərov Arif Kamran oğlu müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026