Beyləqanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Allahyarlı kəndində qeydə alınıb. 10-LM-206 qeydiyyat nişanlı, "VAZ2106" markalı minik avtomobili ilə 99-KY-244, nömrə nişanlı "Opel" markalı maşın toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



jpg-1698828200.webp)




jpg-1698814980.webp)







