• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Beynəlxalq Türk Dili Gününün yaradılması təklif edilib

CƏMİYYƏT

14 Mart 2024 | 10:54

Beynəlxalq Türk Dili Gününün yaradılması təklif edilib

UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Öcal Oğuz ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib.

    O, konfransa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.

    Öcal Oğuz çıxışında rəhbərlik etdiyi komissiya ilə Türk dövlətləri arasında əməkdaşlıq perspektivləri barədə danışıb.

    O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyini vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq:

    "Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Günün qeyd olunması üçün işləməliyik".

    O deyib ki, UNESCO Türkiyə Milli Komissiyası bu təşəbbüs üzərində işləyir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026