• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş oldu

CƏMİYYƏT

07 Noyabr 2023 | 17:35 | Müəllif: Qalib İbrahimoğlu

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakıvaxtı.az bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illərdə Azərbaycanda əmək bazarında əldə olunmuş müsbət dinamika, bu istiqamətdə həyata keçirilən məşğulluq tədbirləri, innovativ yeniliklər barədə məlumat verib.

İnflyasiyanın təsirlərinin azaldılması istiqamətində görülən işləri, xüsusilə həssas təbəqənin rifahına təsirlərin minimuma endirilməsi üçün islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, təkcə son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara illik 7 milyard manata yaxın əlavə dövlət vəsaiti cəlb edilib.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib.

Ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026