• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Binalarımız zəlzələyə nə qədər davamlıdır?

CƏMİYYƏT

06 Fevral 2023 | 16:17 | Müəllif: Qalib İbrahimoğlu

Binalarımız zəlzələyə nə qədər davamlıdır?

Türkiyədə baş verən zəlzələdə xeyli sayda bina çöküb. Ölənlər və yaralananların sayı artır.

Bakıvaxtı.az xəbər verir ki, bu təbiət hadisəsindən sonra “Azərbaycanda binalar zəlzələyə davamlıdırmı” sualını aktuallaşdırdı.

Əmlak eksperti Elnur Fərzəliyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda yeni tikili mənzillər əsasən çox sıx və tikinti normativlərindən kənar tikilib: “Xüsusən paytaxt Bakıda hər hansı bir təbii fəlakət baş verərsə, dağıntı və fəlakətin həcmi daha böyük olar. İnşallah, bizdə heç vaxt zəlzələ olmaz”.

İnşaat eksperti Elnur Azadov Bakıvaxtı.az-a deyib ki, Türkiyədə baş verən hadisədən sonra bizim vətəndaşlarda da binalarda dayanıqlılıq məsələsi ilə bağlı şübhələr yarana bilər: “Öncə onu deyim ki, Azərbaycanda Fövqaladə Hallar Nazirliyinin Xüsusi Tikintiyə Nəzarət qurumu 2006-cı ildən fəaliyyət göstərir. Onlar ölkədə inşa olunan binaların dayanıqlılığını, inşaat prosesində istifadə olunan tikinti materiallarının təhlilini aparırlar. 2006-cı ildən etibarən inşa olunan binalarda nəzarət güclüdür. Bu kimi hallar baş verə bilməz”.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu gün keçirdiyi mətbuat konfransıda deyib ki,

“Əvvəl müraciətlər olanda bizim əməkdaşlar tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur".

binalar tikiləndə mütləq şəkildə seysmoloji tədqiqatlar aparılmalıdır. Onun sözlərinə görə, riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır:

"Bakı da çox geoloji mürəkkəb quruluşa malikdir" deyən Yetirmişli qeyd edib ki, paytaxtda bəzən bir binanın zəlzələyə davamlılığına 7-8 bal verilir.

Q.Yetirmişli onu da əlavə edib ki, 2019-cu ilə qədər aparılan inşaat işlərində onlara müraciət olunurdu, lakin indi yoxdur.

Ekspert qeyd edib ki, 2006-cı ilə kimi az sayda inşa olunmuş yeni tikilən binalar haqqında ciddi bir söz demək olmaz: “Lakin düşünmürəm ki, həmin binalarda bu kimi ciddi hallar baş tuta bilər. O binaların da artıq uzun müddət istismar müddəti var, bir dəyişiklik ola bilməz”.

Autac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026