• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Binəli Yıldırım Bakı qələbəsinə görə Azərbaycanı təbrik etdi

DÜNYA

15 Sentyabr 2022 | 12:00

Binəli Yıldırım Bakı qələbəsinə görə Azərbaycanı təbrik etdi

Türkiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin eks-spikeri Binəli Yıldırım Bakının azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının azad olunmasının 104-cü ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram”, - o qeyd edib.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026