• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Kirayə qaldıqları evdə dəm qazından BOĞULDULAR - YENİLƏNİB

HADİSƏ

07 Yanvar 2022 | 12:28

Kirayə qaldıqları evdə dəm qazından BOĞULDULAR - YENİLƏNİB

Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub.

Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub.

Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.

Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.

***

12:17

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR