• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bitkoinin qiyməti 50 min dolları keçib

İQTİSADİYYAT

23 Avqust 2021 | 10:15

Bitkoinin qiyməti 50 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 50 min ABŞ dollarını keçib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,43 %, son 7 gün ərzində isə 5,8 % bahalaşıb 50 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,09 % artaraq 3 331 ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “Cardano”da olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 2,157 trilyon ABŞ dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:50-yə olan məlumatları aşağıdakı kimidir.


Bitkoinin qiyməti 50 min dolları keçib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR