• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yüksək oktanlı benzin Azərbaycanda istehsal olunsa... - Deputatdan TƏKLİF

İQTİSADİYYAT

21 Sentyabr 2021 | 11:09

Yüksək oktanlı benzin Azərbaycanda istehsal olunsa... - Deputatdan TƏKLİF

Son günlər Aİ-95 və Aİ-98 markalı benzinin qiymət artımı ilə bağlı etirazlar səngimək bilmir. Bu etirazlara bir sıra millət vəkilləri də qoşulub.

Maraqlıdır, bu qədər etirazlar niyə nəticə vermir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Bakıvaxtı.az-a bildirib ki, benzinin qiymət artımı ilə bağlı qərarı verən Tarif Şurasıdır:

“Tarif Şurası da Milli Məclisə tabe deyil, iclaslarımızda iştirak etmir və hesabat vermir. Amma qəribəsi ondan ibarətdir ki, Tarif Şurası qiyməti bu formada qaldıranda hesabatını, açıqlamasını vermək deputatların boynuna düşür. Gəlin, biz belə düşünək ki, Tarif Şurasının məsul işçiləri izah etsinlər ki, qiyməti nəyə əsasən qaldırırlar. Mən başa düşürəm ki, Şura qiymət dəyişikliyini özbaşına etmir, onlara bu barədə müraciət olunur. Şəxsən mən belə düşünürəm ki, qiymət artımının pulları ilə, yəni vəsait hesabına biz Azərbaycanda xüsusi avadanlıqlar alaq və benzini istehsal edək. Çünki Azərbaycanda neftayırma zavodları onsuz da var”.

Deputat qeyd edib ki, bu prosses artıq neçə ildir gedir, yəni benzinin qiyməti hər il artır:

“Bunun izahı da xaricdən alınmaya bağlanılır. Düzdür, mən bununla razıyam. Bu, danılmaz faktdır ki, bir çox ölkələrdə yüksək aktanlı benzinin qiyməti artır. Lakin bu benzin Azərbaycanda istehsal oluna bilər. Bununla xaricə getməyin qarşısı alına bilər. Bununla bağlı cənab Prezident də dəfələrlə qeyd və çağırışlar edib. Bu prosses bizdə başlayıb. Amma nədənsə bizim iqtisadiyyatımızın ən böyük qolu olan neft-kimya sahəsində bu prossesi sürətləndirmirlər. Biz neft ölkəsi olduğumuza görə, yüksək oktanlı benzini biz burda istehsal etməliyik. İtaliya şirkətində bir layihə başlayıb, onun ümumi dəyəri, səhv etmirəmsə, 300 milyon avrodur. Bu şirkət xüsusi avadanlıqlar gətirəcək və Azərbaycanda da yüksək oktanlı benzin istehsal olunacaq. Beləliklə, bizim xaricdən yüksək oktanlı benzin idxal etməyə ehtiyacımız olmayacaq. Həqiqət də ondan ibarətdir ki, xaricdə qiymət artır. Lakin təklifim belədir ki, ildə iki-üç dəfə benzinin qiymətini qaldırmaqdansa, bu layihəni sürətlə həyata keçirək və qeyd edilən avadanlıqla zavodumuz təchiz olunsun. Prezident də daim vurğulayır ki, Azərbaycanın nəyə təlabatı varsa və özü təmin edə bilirsə, onu ölkədə həyata keçirək. Qeyd etdiyim layihə Azərbaycanda baş tutsa, bundan dövlət də qazanacaq". 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR