Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Fəlakətlərin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyinə Təsiri" adlı yeni hesabatına görə, son 33 il ərzində təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu qlobal zərər 3,26 trilyon dollar, ildə orta hesabla 99 milyard dollar və ya qlobal kənd təsərrüfatı ÜDM-nin təxminən 4%-i kimi qiymətləndirilir.
Bakıvaxtı.az "Aqroeksport"a istinadən xəbər verir ki, sənəd quraqlıq və daşqınlardan tutmuş zərərvericilərin hücumuna və anomal dəniz temperaturuna qədər təbii fəlakətlərin qida istehsalına necə təsir etdiyini qiymətləndirir.
Belə ki, 1991-2023-cü illər ərzində fövqəladə hallar nəticəsində 4,6 milyard ton taxıl, 2,8 milyard ton meyvə-tərəvəz, 900 milyon ton ət və süd məhsulları məhv olub. Qlobal itkilərin ən böyük payı Asiyanın payına düşür - 47% (1,53 trilyon ABŞ dolları).
Bakı 



