• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bolqarıstanda təbii qaz Azərbaycana görə ucuzlaşdı

İQTİSADİYYAT

01 Aprel 2023 | 20:48 | Müəllif: Subhan Mahmudov

Bolqarıstanda təbii qaz Azərbaycana görə ucuzlaşdı

Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Enerji və Su Tənzimləmə Komissiyası (KEWR) şənbə günü qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saata görə 98,16 leva (təxminən €49,8) məbləğində təsdiqləyib, halbuki martda bu qiymət 106,74 leva (təxminən 53,37 avro) idi.

"Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə uyğun olaraq Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına Azərbaycan qazının qiyməti daxil edilib. Bu həcmlər ölkə istehlakının təqribən 51,9%-ni əhatə edir və sərfəli qaz qiymətlərinə nail olmaq üçün önəm daşıyır", - deyə açıqlamada bildirilir.

Komissiya sədri İvan İvanov bildirib ki, təbii qazın qiymətinin azalması ilə bağlı vəziyyət davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026