• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Borcumuz niyə artır? - Əvvəlcədən bəyan edilmişdi ki…

İQTİSADİYYAT

05 Dekabr 2024 | 14:18

Borcumuz niyə artır? - Əvvəlcədən bəyan edilmişdi ki…

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur. Məlumata görə, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur.

Bəs görəsən, dövlət borcunun artmasına hansı amillər təsir edib?

Mövzu ilə iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, artımın əsas hissəsi manatla daxili bazardan borclanmadır.

Onun sözlərinə görə, bu baxımdan dövlət borcunun artması ölkənin maliyyə sisteminə təhlükə yaratmır:

"Ölkənin manatla olan daxil borclanması daha çox artıb. Yəni, Maliyyə Nazirliyi və Mərkəzi Bank manatla borclanmaya gedirlər. Əvvəlcədən bəyan edilmişdi ki, büdcə kəsirinin maliyyələşdirilməsi və xərclərin qarşılanması üçün borclanma artırılacaq. Çünki hər il növbəti illə bağlı büdcə kəsiri proqnozlaşdırılır. Həmin kəsirin maliyyələşdirilməsi dövlət borcu sayılır".

Xalid Kərimli, iqtisadçı

İqtisadçı vurğulayıb ki, borcun artması dövlətin xərclərinin çox olması ilə əlaqədardır.

"Dövlət sosial xərcləri artırır. Təbii ki, gəlir kifayət qədər olmayanda borclanmaya gedilməsi normaldır”.

Müsahibimiz onu da qeyd edib ki, 1 il əvvələ nisbətən müvafiq dövrdə ÜDM 2,8 dəfə çoxalıb. Onun sözlərinə görə, bu, nəzarət olunan səviyyədir və risklə bağlı narahatlıq yoxdur.

“Əsas məsələ odur ki, borclar manatla götürülür və hər hansısa valyuta riski mövcud deyil", - deyə Xalid Kazımlı əlavə edib.

Gülşən Şərif

​​​​​​​


SON XƏBƏRLƏR