• Bakı 23° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Borrell yenə şantaj və təhdid dili ilə danışır: Aİ rəsmisinin qərəzi bitmir

SİYASƏT

08 Iyul 2024 | 16:57

Borrell yenə şantaj və təhdid dili ilə danışır: Aİ rəsmisinin qərəzi bitmir

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Macarıstanın baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə qatılmasından bərk hiddətlənib.

Bakıvaxtı.az-ın məlumatına görə, Borrell Macarıstan baş nazirinin Avropa Birliyini təmsil etmədiyini söyləyib. O, Avropa Birliyinin TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pislədiyini vurğulayıb.

Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək AB Şurasına sədrlik edir. Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT özü heç vaxt Avropa Birliyini tərəfdaş hesab etməyib. Orban da TDT sammitində Macarıstan baş naziri kimi iştirak edib.

Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Jozep Borrell Azərbaycana qarşı xüsusi qərəzi, Ermənistana olan açıq-aşkar simpatiyası ilə seçilir.

Deputat vurğulayıb ki, Aİ rəsmisinin Azərbaycan və türk dünyası ilə bağlı mənfi yanaşmasına ilk dəfə şahidlik etmirik:

"Əlbəttə, belə yanaşmalar Avropa Birliyinin açıq qərəzinin, bütün məsələlərə ikili standartlarla münasibət bildirməsinin təzahürüdür. Azərbaycan hər zaman qonşularla, o cümlədən Avropa dövlətləri və strukturları ilə normal münasibətlər saxlamaqda maraqlı olub. Amma qarşılığında çox fərqli yanaşmanı görmüşük. Söhbət ondan gedir ki, Borrell və onun kimiləri səlibçi təfəkkürdən xilas ola bilmirlər. Ayrı-ayrı ölkələrin işlərinə qarışmağa, daha doğrusu burunlarını soxmağa davam edirlər”.

Ceyhun Məmmədov: Aİ rəsmisinin Azərbaycan və türk dünyası ilə bağlı mənfi yanaşmasına ilk dəfə şahidlik etmirik

Məmmədov xatırladıb ki, Orban hər zaman proseslərə ədalətli və obyektiv yanaşmaları ilə seçilib. Daim türk birliyinin, həmrəyliyinin tərəfdarı olub:

“Borrell həm özünü, həm də təmsil etdiyi təşkilatı növbəti dəfə ifşa etdi. Yenə də şantaj və təhdid dilində digər ölkələrlə danışmağa cəhd göstərirlər. Bu da birmənalı olaraq qəbuledilməzdir. Həm də sual ortaya çıxır ki, belə beynəlxalq təşkilatların missiyası, hədəfi və məqsədi nədən ibarətdir?"

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Oktyabr 2024