• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Boş və etibarsız…”  -Dünya Ukraynadakı “referendumlar”ı tanımır

DÜNYA

29 Sentyabr 2022 | 12:07 | Müəllif: Qalib İbrahimoğlu

“Boş və etibarsız…” -Dünya Ukraynadakı “referendumlar”ı tanımır

 

Dünyanın müzakirə etdiyi “referendum”: Rusiya ilhaq etməyə hazırlaşır

Rusiya Ukraynada işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumlar”da xalqın 99 faizindən çoxunun "Bəli" dediyini iddia etsə də, dünya bu “nəticələri” tanımır.

Bakıvaxtı.az xəbər verir ki, iri dövlətlər və beynəlxalq queumlar bu “referendumlar”ın “nəticələrini” "etibarsız və boş" adlandıraraq səsverməni qeyri-qanuni sayır.

Ukrayna prezidenti Vladimir Zelenski “İşğal olunmuş ərazilərdəki bu cəfəngiyyatı referendumun imitasiyası belə adlandırmaq olmaz” deyib. Zelenski ilhaq referendumlarının strategiyasını dəyişməyəcəyini və ölkənin işğal olunmuş torpaqlarını geri alacaqlarını bildirib: “Biz irəliləyirik, ölkəmizi xilas edirik”.

BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Dikarlo “referendumlar”ın beynəlxalq hüquqa əsasən qanunsuz olduğunu deyib. BMT TŞ-də çıxış edən Dikarlo qeyd edib ki, bir dövlətin xalqın iradəsini təmsil etdiyi iddiası ilə başqa bir dövlətin ərazisini zorla ələ keçirmə cəhdini qanuniləşdirmək məqsədi daşıyan birtərəfli hərəkətlər beynəlxalq hüquq baxımından qanuni olaraq qəbul edilə bilməz.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin referendumları və onların nəticələrini pislədiyini açıqlayıb: “Aİ qeyri-qanuni referendumların keçirilməsini və onların saxtalaşdırılan nəticələrini pisləyir. Bu, sistematik insan haqları pozuntuları arasında Ukraynanın suverenliyi və ərazi bütövlüyünün növbəti pozulmasıdır”.

NATO-nun baş katibi Yens Stoltenberq sosial media hesabından verdiyi açıqlamada “referendum”un nəticələrinin etibarlı olmadığını bildirib. Ukrayna lideri Zelenski ilə telefonla danışdığını bildirən Stoltenberq qeyd edib ki, NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna verdiyi dəstək sarsılmazdır: “Rusiyanın təşkil etdiyi saxta referendumların heç bir legitimliyi yoxdur və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu torpaqlar Ukraynaya məxsusdur”.

ABŞ dövlət katibi Antoni Blinken də "Rusiyanın şeytani planı" olaraq xarakterizə etdiyi referendumun nəticələrini tanımayacaqlarını açıqlayıb. O, ukraynalıların torpaqlarını geri alması üçün dəstərlərini davam etdirəcəklərini bildirib.

Növbəti prosesdə Rusiya prezidenti Vladimir Putinin parlamentdə çıxış edəcəyi və sözügedən bölgələrin Rusiyaya birləşdirilməsini elan edəcəyi gözlənilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026