• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BP-dəki azərbaycanlıların sayı açıqlanıb

İQTİSADİYYAT

29 Aprel 2021 | 19:47

BP-dəki azərbaycanlıların sayı açıqlanıb

Birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən Bakıvaxtı.az-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026