• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Milyarder Fərhad Əhmədovun şirkətilə bağlı araşdırmanın nəticəsi açıqlanıb

İQTİSADİYYAT

28 May 2021 | 09:34

Milyarder Fərhad Əhmədovun şirkətilə bağlı araşdırmanın nəticəsi açıqlanıb

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) milyarder Fərhad Əhmədovun rəhbəri olduğu “AzNar” QSC-nin Göyçay şəhərinə qoyduğu abidə ilə bağlı apardığı araşdırmanın nəticəsi bəlli olub. 

ADRA-dan Bakıvaxtı.az-a bildirilib ki, Vətəndaş Nəriman Qarayevin Göyçay şəhəri Natavan küçəsində yerləşən Göyçay nar abidəsi və üzərində olan “Aznar” yazısı ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) aidiyyatı üzrə baxılıb.

“Araşdırma zamanı müəyyən edilib ki, Göyçay nar abidəsi və üzərində olan “Aznar” yazısına “AZNAR” QSC-nin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Şirvan Regional Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədi verilib”,-deyə ADRA-dan bildirilib.

Ramid İbrahimov

Bakivaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026