• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Braqa ilə oyun çox çətin olacaq” – Sənan Şəfizadə

İDMAN

20 Dekabr 2023 | 11:11

“Braqa ilə oyun çox çətin olacaq” – Sənan Şəfizadə

Məşhur idman jurnalisti Sənan Şəfizadə UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşmada növbəti mərhələyə keçmə şanslarından danışıb.

Bakıvaxtı.az-ın əməkdaşı ilə həmsöhbət olan jurnalist “Braqa” ilə oyunun heç də asan olmayacağını deyir: “Braqa” ilə oyun çox çətin olacaq. Portuqaliyalılara bir çoxları qeyri-ciddi yanaşır. Bu heç də başadüşülən deyil. Bu komanda Çempionlar Liqasında çox çətin qrupda mübarizə apardı, ona görə də yoluna Avropa Liqasında davam etdi. Buna rəğmən onlar yaxşı oyun sərgilədilər və qrupu 3-cü pillədə başa vurdular”.

S. Şəfizadənin sözlərinə görə, oyunun taleyi birinci matçda müəyyənləşəcək: “İlk oyunda matçın nəticəsi çox vacibdir. Biz çalışmalıyıq ki, ilk oyunda layiqli nəticə qazanıb, cütün taleyini Bakıda həll etməyə nail olaq. Nəzərə almaq lazımdır ki, “Braqa”nın heyətində Avropa çempionu olan həmin o Portuqaliya millisinin 4 oyunçusu var. Onların çox təcrübəli futbolçuları var. Yaşları çox ola bilər, hətta bəziləri karyeralarını bitirəcəklər, amma onların təcrübələri həlledici ola bilər. “Braqa” çox güclü rəqibdir. Əlbəttə ki, “Braqa” “Milan” deyil, amma “Braqa”da “Braqa”dır. İtkilərimizi də nəzərə alsaq, çox çətin oyun olacağını deyə bilərik”.

Qeyd edək ki, Ağdam klubunun fevralın 15-də səfərdə reallaşacaq matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıdakı cavab matçı isə isə saat 21:45-də başlayacaq.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026