• Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Britaniyada 22 yaşlı gənc deputat seçilib

DÜNYA

06 Iyul 2024 | 17:39

Britaniyada 22 yaşlı gənc deputat seçilib

Britaniyada 2002-ci il təvəllüdlü Sem Karlinq şimal-qərbi Kembricşir bölgəsindən Leyboristlər Partiyasının deputatı seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla da o, Britaniya parlamentindəki ən gənc deputat ünvanına yiyələnib.

Kembric Universitetinin məzunu olan Sem Karlinq rəqibi - Mühafizəkarlar Partiyasının təxminən 20 ildir həmin bölgə üzrə deputatı Şaileş Varadan 39 səs çox toplayıb.

Sem Karlinq qələbəsini “siyasi zəlzələ” adlandırıb və daha çox gəncin dövlət vəzifələrində çalışacağına ümid etdiyini bildirib. (azərtac)


SON XƏBƏRLƏR