q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bu dəfə Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər - VİDEO

GÜNDƏM

13 Fevral 2025 | 20:23

Bu dəfə Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər - VİDEO

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, onlar fevralın 13-də Qubadlı rayonu ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalı müşahidəçilər binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər.

    Azərbaycan sərhədçiləri ənənəvi olaraq, Müşahidə Missiyasının hərəkətlərini müşahidə altında saxlayıb və qeydə alıb.

    Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. 

     

     


    SON XƏBƏRLƏR

    13 May 2026