• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu gün Paşinyan Sarkisyanla görüşəcək

DÜNYA

13 Mart 2021 | 11:57

Bu gün Paşinyan Sarkisyanla görüşəcək

Ermənistan prezidenti Armen Sarkisyan bu gün baş nazir Nikol Paşinyanla görüşəcək.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, siyasi qüvvələr tərəfindən irəli sürülmüş təşəbbüs çərçivəsində prezident və baş nazir müzakirələr aparacaq.

Xatırladaq ki, “Mənim addımım” və “Parlaq Ermənistan” fraksiyaları prezidentlə görüşməyə hazır olduqlarını elan ediblər, müxalif “Vətənin qurtuluşu hərəkatı” müəyyən şərtlərlə danışıqlarda iştirak etməyə razılaşıb. “Çiçəklənən Ermənistan” fraksiyası hələ də öz mövqeyini açıqlamayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026