• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bu gün Ukraynada 9 humanitar dəhliz açılacaq

DÜNYA

14 Aprel 2022 | 11:37

Bu gün Ukraynada 9 humanitar dəhliz açılacaq

Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün 9 humanitar dəhliz açılacaq.

Bakıvaxtı.az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabındakı paylaşımında bildirib. O, qeyd edib ki, mühasirədə qalan şəhərlərdən əhalinin çıxarılması üçün 9 humanitar dəhliz razılaşdırılıb. Humanitar dəhlizlərin açılacağı şəhərlər arasında həftələrdir mühasirədə qalan Berdyansk, Tokmak, Enerqodar və Mariupol şəhərlərinin də olduğunu bildirilib.

İ. Vereşçuk əlavə edib ki, Luqansk regionundan təxliyə dəhlizləri Rusiya Ordusu atəşi dayandıracağı təqdirdə fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026