Məşhur astroloq Can Aydoğmuş 2023-cü ildə hansı bürclərin varlanacağını açıqlayıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən astroloqun varlanacağını iddia etdiyi bürcləri təqdim edir:
QOÇ (21 mart-20 aprel)
Qoç üçün pulla bağlı çox yaxşı bir dövr başlayır. 2023-cü ilin mayı ilə 2024-cü ilin may ayları arasında pulla bağlı müsbət irəliləyişlər olacaq. Qoçun kassaları pulla dolacaq.
ŞİR (23 iyul-22 avqust)
O, karyerasında yüksələcək. Bu vəziyyət Şirin maddi həyatına çox müsbət təsir edəcək. Şirlər üçün də 2023-cü ilin mayından 2024-cü ilin mayına qədər çox müsbət bir dövr başlayacaq.
QIZ (23 avqust-22 sentyabr)
Qız bürcü 2023-cü ilin yanvarından 2023-cü ilin mayına qədər birdəfəlik ödəmələr və ya tərəfdaşlarının maliyyə məsələləri lehinə müsbət inkişaflar yaşayacaq.
TƏRƏZİ (23 sentyabr-23 oktyabr)
Tərəzi bürcləri 2023-cü ilin mayından 2024-cü ilin mayına qədər tərəfdaşlarının maliyyə imkanları baxımından şanslı olacaqlar. Bu mənada onların kollektiv pulu ola bilər. Tərəzi bürclərinin tam maliyyə rahatlığı 2024-cü ilin fevralında və 2024-cü ilin mayında olacaq.
OXATAN (23 noyabr-21 dekabr)
Oxatan bürcləri 2023-cü ilin mayından 2024-cü ilin mayına qədər öz layihələri ilə bağlı böyük uğur və pul qazanacaqlar. İş həyatında böyük uğurlar qazanacaqlar.
Nuranə
















