Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri ilə vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, zəlzələ nəticəsində həlak Hümam İsmayıllı ilə evlərində vida mərasimi keçirilib.
Hümam İsmayıllı Corat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
12:10
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsində vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edirlər.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. /Qafqazinfo





jpg-1679126355.webp)











