• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLAR

CƏMİYYƏT

11 Aprel 2023 | 14:40

Bu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLAR

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri başa çatıb.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Bakıvaxtı.az-a Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.

Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub.

A.Verdiyevin sözlərinə görə, aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir.


Bu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLARBu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLARBu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLARBu il qar ehtiyatı ötən il ilə müqayisədə az oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR