• Bakı 20° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutuldu - YENİLƏNİB

CƏMİYYƏT

11 May 2023 | 13:13

20 il əvvəl bacısını öldürüb həyətdə basdıran şəxs tutuldu - YENİLƏNİB

Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın DİN, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

12:35

Naxçıvan Muxtar Respublikasında 20 il əvvəl bacısını qətlə yetirib, meyitini basdıran şəxs tutulub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb, həyətyanı sahədə basdırması müəyyən edilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026