• Bakı 10° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Bu kəndlərin qaz təchizatında məhdudiyyət OLACAQ

CƏMİYYƏT

13 Mart 2025 | 19:50

Bu kəndlərin qaz təchizatında məhdudiyyət OLACAQ

Sabah İmişli rayonunun iki kəndinin qaz təchizatında məhdudiyyət olacaq.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xəttlərinə texniki baxış işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.


SON XƏBƏRLƏR