• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu nazirliyin strukturu təkmilləşdirilir - SƏRƏNCAM

İDMAN

10 Dekabr 2022 | 19:27 | Müəllif: Subhan Mahmudov

Bu nazirliyin strukturu təkmilləşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılacaq.

Eyni zamanda, nazirliyin tərkibində yeni regional idarələr yaradılacaq.

Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026