• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Deputatlar maska rejiminə keçdi

DÜNYA

09 Fevral 2024 | 14:15 | Müəllif: Qalib İbrahimoğlu

Deputatlar maska rejiminə keçdi

Qazaxıstanda tibb müəssisələrində maskaların taxılması ilə bağlı fərman verilib.

Bakıvaxtı.az “Sputnik kz”yə istinadla xəbər verir ki, fərmanı Qazaxıstanın səhiyyə nazirinin müavini və baş dövlət sanitar həkimi Ayjan Esmaqambetova imzalayıb.

Məlumata görə, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.

Bildirilir kİ, ilin əvvəlindən bəri Qazaxıstanda COVID-19-a yoluxanların sayı iki dəfə artıb.

Səhiyyə Nazirliyi “insanların çox olduğu yerlərdə və bütün nəqliyyat növlərində tibbi və ya parça maskalardan istifadə etməyi” tövsiyə edir.

Bundan başqa, Qazaxıstan parlamentinin binasında koronavirusla əlaqədar fevralın 7-dən məcburi maska ​​rejimi tətbiq edilib.

Bundan əvvəl parlamentin aşağı palatasının spikeri Erlan Koşanova da COVID-19 diaqnozu qoyulub.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026