• Bakı 16° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bu ölkələr sərhəd təhlükəsizliyini müzakirə edəcəklər

SİYASƏT

16 Dekabr 2024 | 11:17

Bu ölkələr sərhəd təhlükəsizliyini müzakirə edəcəklər

Banqkokda dekabrın 19-da Banqladeş, Hindistan, Çin, Laos, Myanma və Tailandın nümayəndələri sərhəd təhlükəsizliyi və transmilli cinayətkarlıqla mübarizə məsələlərini müzakirə edəcəklər. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tailandın xarici işlər naziri Marit Sanqyamfonq  6 ölkənin nümayəndələrinin iştirakı ilə qeyri-rəsmi məsləhətləşmələr keçirəcək. Müzakirələr zamanı sərhəd təhlükəsizliyinin təmin edilməsinə və transmilli cinayətkarlıqla mübarizəyə, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi və internetdə fırıldaqçılıqla mübarizəyə xüsusi diqqət yetiriləcək.

Həmçinin baş nazir dekabrın 20-də Banqkokda Myanmadakı vəziyyətlə bağlı Beş Nöqtəli Konsensusun həyata keçirilməsini müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində maraqlı ASEAN-a üzv dövlətlər arasında genişləndirilmiş qeyri-rəsmi məsləhətləşmələrdə iştirak edəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Aprel 2025