• Bakı 17° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bu ölkələrdən bəzi məhsulların idxalı dayandırıldı

İQTİSADİYYAT

09 Sentyabr 2021 | 00:10 | Müəllif: Subhan Mahmudov

Bu ölkələrdən bəzi məhsulların idxalı dayandırıldı

Rusiyanın Zabaykalsk diyarında nodulyar dermatit xəstəliyi, Botsvananın Kqatlenq inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarında süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Braziliyanın Minas-Jerays və Matu-Qrosu ştatlarından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Rusiyanın Zabaykalsk diyarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Botsvananın Kqatlenq inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya, Botsvana və Braziliyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026