Sağlam həyatın ən vacib qaydalarından biri düzgün qidalanmadır.
Bakıvaxtı.az xəbər verir ki, bəzi qidalar xəstəliklərdən qorusa da, digərləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Prof. Dr. Osman Müftüoğlu xərçəngə səbəb olan qidaları açıqlayıb. O, xərçəngə yol açan qidaları sıralayıb.
ŞƏKƏR: Həddindən artıq şəkər istehlakı xərçəngə tutulmağı asanlaşdırmaqla yanaşı, xərçənglə mübarizəni çətinləşdirir.
Xüsusilə insulin müqaviməti olanlarda şəkərin həddindən artıq istehlak edilməsi qaraciyər, yoğun bağırsaq, döş və böyrək xərçənginə dəvət ola bilər.
AĞ UN: Ağ un da tanınmış xərçəng dəvətçilərindən biridir. Xüsusilə şəkər və yağla qarışdırılaraq “qovurma” şəklində hazırlandıqda böyük xərçəng tətikleyicisinə çevrilə bilər.
Həmçinin, rütubətli mühitdə saxlanılan qırmızı bibər, fıstıq, qoz-fındıq və ya taxıllarda rast gəlinən “Aflatoksin” ciddi xərçəng tətikləyicisidir.
NITRATLAR: Kolbasa, sosicka və oxşar işlənmiş ət məhsullarında olan nitrit və nitratların kolon və mədə xərçəngi ilə əlaqəli ola biləcəyinə dair kifayət qədər sübutlar var.
YANMIŞ QİDALAR: Unudulmamalıdır ki, manqalda bişmiş ət və karamelize edilmiş, yandırılmış yeməklər də güclü kanserogen ola bilər.
Aytac Aslan





















