• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu marşrut xətti üzrə müsabiqə elan edildi

CƏMİYYƏT

11 Noyabr 2022 | 15:30

Bu marşrut xətti üzrə müsabiqə elan edildi

Bakıda sərnişindaşımanı həyata keçirən 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub.

Bu barədə Bakıvaxtı.az-a  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Daxil olan vətəndaş müraciətləri əsasında 70, 79, 91, 145 və 160A nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb", - məlumatda deyilir.

Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026